14 iyul 2013 14:54

Böyükağa Hacıyev: Cütün taleyini ilk oyunda həll etməyə çalışacağıq

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi
 
- Avstriya toplanışı necə keçdi?
- İyunun 20-də Avstriyaya gedəndə demişdim ki, məni çətin iş gözləyir. Toplanış vaxtı da sözlərimin həqiqət olduğu üzə çıxdı. Komanda tədricən forma yığır. Hazırlığın ilk həftəsi ərzində gündə iki dəfə məşq keçirdik. Sonra üç məşqə keçdik. Oyunçularım məndən şikayətlənə də bilərlər. Hansı ki, yanvarda Antalya toplanışı zamanı da belə olmuşdu.
 
- Yoxlama oyunlarından razı qaldınız?
- Gördüklərimdən razı qaldım. Nəticələr bizim üçün heç bir əhəmiyyət kəsb etmirdi. Hər oyunda meydana iki heyət buraxırdıq. Bütün futbolçuları yoxladıq. “Neftçi”nin indi 70-80 faiz hazır olduğunu deyə bilərəm. Amma rəsmi oyunlarımız zamanı komandanın pik formasına çatacağına əminəm.
 
- Son oyununuzda Drezden “Dinamo”suna uduzdunuz. Amma yeni futbolçunuz Ernest Nfor qolla yadda qaldı...
- Həmin oyunda ikinci heyətlə mübarizə aparırdıq. Amma gənclərimiz hesabı açmağı bacardılar. Təəssüf ki, sonradan iki qol buraxdıq. Komanda yaxşı oynadı, gənclər əsas heyət üzvləri ilə rəqabət aparacaq gücdə olduqlarını isbatladılar. Məğlubiyyətimizin əsas səbəbi isə yorğunluq idi.
 
- Yeni transferlər gözləməyə dəyər?
- Artıq Pavel Doroşev, Karlos Kardoso, Melvin Platye və Ernest Nforla müqavilə bağlamışıq. Bahodir Nasimov da sıraya dönüb. Futbolçularımızın əksəri iki mövqedə çıxış edə bilirlər. Amma transfer çalışmalarımız hələ də davam edir.
 
- Kanalesi kim əvəz edəcək?
- Mən Platye ilə Nforun onu əvəzləyəcək gücdə olduğuna əminəm.
 
- Əgər Kanales geri qayıtmaq istəsə, onu qəbul edərsiz?
- Hər şey rəhbərliyin qərarından asılı olacaq.
 
- “Skenderbeu” barədə nə öyrənə bilmisiz?
- Bəxtiyar Musayevlə Kamal Quliyev onların oyunlarına baxıb, hesabat hazırlayıblar. Onların “Terek” və “Volqa” ilə oyunlarının videoyazısı da stolumun üstündədi. İstənilən halda biz açıq futbol sərgiləyəcəyik.
 
- İlk oyunda futbolçularınızdan nə tələb edəcəksiz?
- Əgər biz cütün taleyini ilk oyunda həll edə biləriksə, niyə buna çalışmamalıyıq? Albaniyaya rahat yollanmaq istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.