14 iyul 2013 15:33
Berti Foqts Dalğa Arenada iki oyun izləyəcək
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirinin üçüncü yer uğrunda oyununu və final qarşılaşmasını izləyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Saat 17:00-da başlayacaq III yer uğrunda oyunda Azərbaycan və Kot d`İvuar, saat 20:30-da başlayacaq final matçında isə Oman və İraq yığmaları qarşılaşacaq. Hər iki oyun AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçiriləcək.
