14 iyul 2013 15:58
Millinin son səfər matçının başlama vaxtı açıqlandı
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının sonuncu səfər oyununun başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, sentyabrın 7-də Təl-Əviv şəhərindəki “Ramat Gan” stadionunda keçiriləcək İsrail – Azərbaycan oyunu yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) başlayacaq.
