15 iyul 2013 18:28
İnter sabah Norveçə yola düşür
Məlum olduğu kimi, iyulun 18-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Tromse” - “İnter” matçı baş tutacaq. Azerisport.az xəbər verir ki, “bankirlər” sabah səhər çarter reysi ilə Tromse şəhərinə yola düşəcək.
Komandamız “Radisson Blue” otelində məskunlaşacaq.
İkinci gün axşam “İnter” məşq keçirməyi planlaşdırır. Növbəti gün isə komanda oyun keçiriləcəyi “Alfheym” stadionunda məşqə çıxacaq. (klub saytı)
