15 iyul 2013 20:45
Neftçinin rəqibi Bakıya gəldi
Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi olan Albaniyanın “Skenderbeu” klubu artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, Korçe təmsilçisi axşam saatlarında Azərbaycan paytaxtına təşrif buyurub.
“Skenderbeu” Bakıya tam heyətlə gəlib. Komanda ilə yanaşı ölkəmizə iki albaniyalı jurnalist də səfər edib.
Qeyd edək ki, “Neftçi” ilə “Skenderbeu” arasındakı ilk oyun iyulun 17-də Bakıda, “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.
