15 iyul 2013 11:05

“Neftçinin pulu meydanda heç nəyi həll etməyəcək”

Albaniyanın “Skenderbeu” klubunun yarımmüdafiəçisi Nuredin Orelesi UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyunlar öncəsi müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- “Neftçi” ilə oyunlar artıq çox yaxındadı. Komandada atmosfer necədi?
- Əlbəttə, Çempionlar Liqasının startı ərəfəsində bir qədər həyacanlıyıq. Amma bunun bütün çətinliyini və məsuliyyətini başa düşürük. Komandanın həm fiziki, həm də psixoloji baxımdan çox yaxşı təsir bağışlaması məni sevindirir.
 
- Sizcə, “Neftçi”nin büdcəsinə görə “Skenderbeu”nu üstələməsinin hansısa rolu olacaq?
- Biz başa düşürük ki, rəqibimiz hətta 2 milyonluq futbolçu da ala bilər. Amma bu, heç nə demək deyil. Meydanda pulun heç bir əhəmiyyəti olmur.
 
- Rəqib barədə nə bilirsiz?
- Biz onlarla iki il öncə yoxlama oyunu keçirmişdik və heç-heçə etmişdik – 1:1. Bu komanda üç ildi ardıcıl Azərbaycan çempionu olur. Güclü kollektivdi. Amma biz də unutmamalıyıq ki, Albaniyanı təmsil edirik və bu ölkənin çempionuyuq.

- “Skenderbeu” yay fasiləsində nə dərəcədə güclənib?
- “Skenderbeu” üç il öncə də güclü idi, iki il öncə də, bir il öncə də. İndi də güclüyük. Şadam ki, bizə bir neçə yeni futbolçu da qoşulub. Onlar bizə uğurlu çıxış etməyə yardımçı olacaqlar.
 
- “Skenderbeu”nun şanslarını necə qiymətləndirirsiz?
- Etiraf etməliyəm ki, biz bu il çoxlu çalışmışıq. Əvvəlki mövsümlərdə üçüncü təsnifat mərhələsinə niyə adlaya bilməməyimizi aydınlaşdırmaq üçün çoxlu analizlər etmişik. “Neftçi” ilə oyunlar çox çətin alınacaq. Amma bizim mərhələ keçmək üçün çox yaxşı şansımız var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.