16 iyul 2013 00:09
Azərbaycan çempionu Borisov ilə müqavilə imzaladı
“Araz” futzal klubu Vitali Borisovla bağlı qərarını dəyişib. Azerisport.az xəbər verir ki, Naxçıvan klubu kapitanını heyətdə saxlayıb.
Bir neçə gün əvvəl Vitalinin komandanı tərk etməsi barədə xəbərlər yayılmışdı. Amma “Araz” Borisovla yeni müqavilə imzalayıb.
Tərəflərin bir illik müqaviləyə imza atdığı bildirilir.
Onu da qeyd edək ki, millimizin üzvü ilə bir sıra MDB ölkələrinin təmsilçiləri maraqlanırdı.
