15 iyul 2013 11:27
Pantiçin komandasından 17:7 hesablı qələbə (VİDEO)
Avstriyada təlim-məşq toplanışı keçirən “Bakı”nın hazırlıqları davam edir. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Milinko Pantiç ötən gün oyunçulara istirahət verib.
Səhər komanda üzvləri Klaqenfurt və Felden şəhərlərinə gəzintiyə çıxıblar.
Axşam saatlarında isə “Bakı”nın məşqçi və inzibati heyyəti öz aralarında yoldaşlıq oyunu keçiriblər. Tərəflər iki komanda yaradıblar: “Pantiçin Komandası” və “Yaşıl Komanda”. Sonda “Pantiçin Komandası” 17:7 hesabı ilə qalib gəlib.
