16 iyul 2013 00:28

FİFA İsraili futbolsuz qoya bilər

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan İsrail millisinə qarşı sərt sanksiya tədbiq oluna bilər. Azerisport.az xəbər verir ki, bu, İsrail hökumətinin yerli futbol federasiyasının daxili işlərinə qarışması ilə əlaqədardı.
 
Qeyd edək ki, ölkənin gənclər və idman naziri Limor Livmat İsrail Futbol Futbol Federasiyasında (İFF) köklü islahatların aparılmasını və İFF-nin prezidenti Avi Luzonun istefasını tələb edib. O, bununla bağlı fikrini artıq FİFA prezidenti Yozef Blatterlə görüşündə də ifadə edib.
 
Lakin İsraildə səfərdə olan dünyanın ali futbol qurumunun rəhbəri bu tələbin qəbuledilməz, hökümətin federasiyanın işinə müdaxiləsinin yolverilməz olduğunu bəyan edib.
 
Blatter deyib ki, əgər federasiyaya təzyiqlər davam etsə, o zaman FİFA İsrail millisi də daxil olmaqla bu ölkənin bütün komandaları beynəlxalq miqyaslı yarışlardan kənarlaşdırılacaq.
 
Xatırladaq ki, Azərbaycan və İsrail millisi ötən il bu seçmə mərhələdə artıq Bakıda qarşılaşıblar (1:1). Bu il sentyabrın 7-də isə komandalar İsraildə üz-üzə gəlməlidilər.
 
Bundan başqa, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində İsrailin “Maccabi” (Hayfa) klubu “Xəzər Lənkəran”ın rəqibidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.