16 iyul 2013 00:32
İnter Tromse ilə ilk oyuna itki ilə çıxacaq
“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov Avropa Liqasının ikinci təsnifat mərhələsinin Norveç “Tromse”si ilə ilk oyununda da komandasına kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, buna səbəb futbolçumuzun Finlandiyanın “Mariehamn” klubu ilə ilk təsnifat mərhələsinin Bakıdakı oyununda zədələnməsidi.
Asifin zədəsinin o qədər də ciddi olmadığı və “Mariehamn”la cavab görüşündə meydana çıxacağı gözlənilirdi. Amma Məmmədov Mariehamnda komandasına kömək edə bilmədi. Yarımmüdafiəçinin Tromsedə də meydana çıxması inandırıcı görünmür. Onun yalnız Norveç klubu ilə cavab görüşünə qədər tam hazır olacağı bildirilir.
Qeyd edək ki, “İnter”lə “Tromse” arasındakı ilk oyun iyulun 18-də səfərdə keçiriləcək, cavab görüşü isə ayın 25-də oynanılacaq.
