15 iyul 2013 12:03
Simurqda braziliyalı hücumçu!
Yeni mövsümə Avstriyada hazırlaşan "Simurq" transfer çalışmalarını da davam etdirməkdədi. Azerisport.az klub saytına istinadən xəbər verir ki, hazırda komandanın düşərgəsində baxış üçün dəvət edilmiş bir futbolçu var.
Braziliyalı hücumçu Eudi Silva de Souza Zaqatala təmsilçisinin Türkiyə toplanışının son həftəsində də iştirak etmişdi. Məşqçilər korpusunun qərarı ilə yenidən dəvət olunan futbolçu barəsində son fikir "Olimpiakos"la oyundan sonra deyiləcək.
