15 iyul 2013 12:22
Neftçi mətbuat konfransı və açıq məşqin vaxtını açıqladı
Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubu ilə keçirəcəyi oyun öncəsi mətbuat konfransı və açıq məşq olacaq. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, baş məşqçi Böyükağa Hacıyevin, eləcə də futbolçular – Rəşad Sadiqov və Flavinyonun iştirakı ilə keçiriləcək mətbuat konfransı “Bakcell Arena”da sabah saat 18:30-da, açıq məşqi isə bundan yarım saat sonra, 19:00-da başlayacaq.
Rəqib komanda “Skenderbeu”nun mətbuat konfransı həmin gün, eyni məkanda saat 19:30-da, açıq məşqi isə saat 20:00-da keçiriləcək.
