15 iyul 2013 12:55

Qarabağın rəqibi Bakıya gəlməkdən qorxur

“Qarabağ”ın Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi olan Polşanın “Piast” klubu Bakıya səfərinin tarixini hələ də tam dəqiqləşdirməyib. Azerisport.az xəbər verir ki, Qlivitse təmsilçisi Azərbaycana öncə oyundan iki gün əvvəl gəlməyi planlaşdırsa da, indi də elə oyun günü – iyulun 18-də uçmağı nəzərdən keçirir.

Bu barədə klubun prezidenti Yaroslav Kolodzeyçuk məlumat verib: “Bizim hələ bu variantlardan hansının daha yaxşı olduğunu düşünmək üçün vaxtımız var. İki variantı nəzərdən keçiririk. Ya oyuna iki gün öncədən səfərə çıxıb, yerli iqlimə uyğunlaşmağa çalışmalıyıq, ya da oyun günü səhər gedib, qarşılaşmadan dərhal sonra Polşaya qayıtmalıyıq”.

Klub rəhbəri Azərbaycanda ehtiyatlandıqları məqamları da açıqlayıb: “İlk növbədə orda futbolçularımız üçün heç də xoş olmayan iqlim mövcuddu. Temperatur çox yüksəkdi və oyun günü də elə olacaq. Bu, komandamız üçün çox pis təzyiq olacaq. Bu yaxınlarda mən özüm də işlərimlə əlaqədar Bakıda olmuşdum. Yaxşı oteldə qalmışdım. Fikrimcə, fərqli iqlimdə yaşayan insanlar üçün Azərbaycanda uzun müddət qalmaq çox çətindi. Bu, komandamıza da əlavə çətinliklər yaradacaq”.
 
Kolodzeyçuk Azərbaycan mətbəxini də səbəb kimi qabardıb. Polşalılar mətbəximizdən çox şikayətlidilər: “Biz bu məsələ ilə bağlı Polşa yığmasının sabiq baş məşqçisi Leo Beenhakkerlə də söhbətləşmişik. Polşa millisi seçmə mərhələ çərçivəsində Azərbaycanla səfər oyunu zamanı bir neçə futbolçusunu məhz yerli mətbəxdən qidalandığı üçün itirmişdi. Daha dəqiqi Azərbaycan salatından problem yaranmışdı. Biz də bundan çəkinirik”.
 
Komandanın baş məşqçisi Marçin Broş da bu vəziyyətdən narahatlığını dilə gətirib: “Klub rəhbərliyinin görüşü nəzərdə tutulub. Bu tədbirdə Azərbaycana səfərlə bağlı yekun qərar qəbul olunacaq. Təəsssüf ki, hələ də qərara gələ bilməmişik.Amma bizim düşünmək üçün vaxtımız var”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.