16 iyul 2013 01:07

Piastın prezidenti sərsəm açıqlamalar verməkdə davam edir

“Qarabağ”ın Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi olan Polşanın “Piast” klubunun prezidenti Yaroslav Kolodzeyçuk Ağdam klubu ilə oyunlar öncəsi Azərbaycana səfərlə bağlı təşkilati məsələlərdən şikayətlənməyə davam edir. Azerisport.az xəbər verir ki, az qala hər açıqlamasında ölkəmizlə bağlı mənfi fikirlər söyləyən Qlivitse təmsilçisinin rəhbəri bu dəfə də Azərbaycanı guya viza ilə bağlı problem yaratmaqda ittiham edib və hədə-qorxu gəlib:

“Biz hələ də viza ala bilməmişik. Heç bunun necə başa çatacağını da bilmirik. Biz Azərbaycana belə uça bilmərik! Mümkündü ki, oyun günü səfərə çıxacaq. Orda vizasız qalacağımızı təsəvvür edə bilmirəm. Bu, bütün Avropada böyük bir qalmaqal olar”!

Xatırladaq ki, “Piast”ın hədyan açıqlamalar verən bu prezidenti öncə öncə Azərbaycan suyundan içmək istəmədiklərini dilə gətirmişdi. Guya Azərbaycanın içməli suyu onun komandasının üzvləri üçün təhlükə yarada bilər. Ardından o, Azərbaycan mətbəxi barədə mənfi fikirlər söylədi. Guya komandası Bakıda yerli mətbəxin yeməklərini dadmaqla zəhərlənə bilər. Bu üzdən Polşa klubu səfərə bütün azuqəsini özü ilə gətirməyə qərar verib. Son olaraq Kolodzeyçuk Azərbaycandakı hava şəraitinin həddən artıq qorxulu olmasından şikayətlənmişdi. Sanki Bakı hansısa ərəb ölkələrindən birinin paytaxtıdı.
 
Yeri gəlmişkən qeyd edək ki, Kolodzeyçukdan geri qalmayan polşalı həmkarlarımız da Azərbaycanla bağlı ağızlarına gələn yalan və mənasız informasiyalar yazmaqda davam edirlər. Amma onların əsl səviyyəsini elə yazılarında Azərbaycanı Asiya ərazisi kimi göstərmələri sübut edir.
 
Sonda maraq üçün bir məqamı da qeyd edək ki, “Qarabağ”ın ilk təsnifat mərhələsindəki rəqibi olan Makedoniya “Metallurg”u da Azərbaycana viza almaqda problemlə üzləşmişdi. Amma Ağdam klubunun rəhbərliyi özü onların bu problemini yolunda qoymaq üçün əlindən gələni etdi və makedoniyalılar vizalarını elə Heydər Əliyev adına beynəlxalq hava limanındaca əldə etdilər. Odu ki, polşalılar da bu qədər boş-boş açıqlamalar vermək əvəzinə ölkəmizə hörmət qoymağa çalışsa, ən azı qarşı tərəfə müraciət etsə, daha yaxşı olardı. Nəinki yalan və böhtanla dolu açıqlamalar vermək, yazılar yazmaq...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.