15 iyul 2013 13:06
İnterin rəqibi problemlə üzləşdi
Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan Norveçin “Tromse” klubu bir sıra problemlərlə üzləşib. Azerisport.az xəbər verir ki, Tromse şəhərinin eyni adlı təmsilçisi bəzi aparıcı futbolçularının xidmətindən məhrum olub.
Belə ki, komandanın vitse-kapitanı Tomas Bendiksen sıradan çıxıb. O, “İnter”lə ilk oyunda forma geyə bilməyəcək.
Bendiksenlə yanaşı komandanın daha bir neçə üzvü son turun “Sogndal”la çempionat oyununda zədələnib. Onların qarşıdakı oyunda meydana çıxıb-çıxmayacağı isə sual altındadı.
