16 iyul 2013 01:15
Azərbaycan milli Portuqaliya, İspaniya, Almaniya ilə qarşılaşa bilər
İyulun 22-dən 29-dək İspaniyada tələbələrin Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, Malaqada baş tutacaq yarış futzal komandaları arasında reallaşacaq.
Turnirdə Azərbaycan yığması da təmsil olunacaq. Komandamız iyulun 19-da səfərə gedəcək və məhz İspaniyada rəqiblərini tanıyacaq.
Turnirdə İspaniya, Portuqaliya, Ukrayna, Almaniya kimi ölkələrin milliləri qarşılaşacaqlar.
