15 iyul 2013 13:24
Bakı Gürcüstanda beşinci oldu
Gürcüstanın Batumi şəhərində təşkil olunan çimərlik futbolu üzrə beynəlxalq “Ajaria Gold Cup” turniri başa çatıb. Azerisport.az xəbər verir ki, turnirin qalibi adını Türkiyənin “İzmir” klubu qazanıb.
Qardaş ölkə təmsilçisi finalda Qazaxıstanın “Arman” komandasını darmadağın edib – 7:3.
Azərbaycanın bu turnirdəki təmsilçiləri – “Bakı” ilə “Azçiken” isə beşinci yer uğrunda bir-biri ilə üz-üzə gəlməli olub. “Bakı” digər təmsilçimiz üzərində 2:1 hesablı qələbə qazanaraq, beşinci yerə sahib çıxıb.
