16 iyul 2013 01:21
Xəzər Lənkəran - Fenerbahçe matçının biletləri satışa çıxarılır
Məlum olduğu kimi, Türkiyənin “Fenerbahçe” klubu “Xəzər Lənkəran” ilə yoxlama oyunu keçirmək üçün Lənkərana gəlməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, artıq bu oyuna biletlər satışa çıxmaq üzrədi.
Belə ki, “Xəzər Lənkəran” – “Fenerbahçe” matçının biletləri iyulun 20-də satışa çıxarılacaq. Azarkeşlər bu oyuna biletləri stadionun kassalarından 1 manata əldə edə biləcəklər.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Fenerbahçe” yoldaşlıq matçı iyulun 21-də Lənkəran şəhər stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
