15 iyul 2013 13:31
Skenderbeunun Neftçi ilə oyun üçün start heyəti bəllidi
Albaniyanın “Skenderbeu” klubunun Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı hansı heyətlə oynayacağı demək olar ki, bəllidi. Azerisport.az xəbər verir ki, albaniyalı həmkarlarımız komandalarının 4-1-4-1 taktiki sxemindən yararlanacağını iddia edirlər.
Konkret heyətə gəlincə, “Skenderbeu”nun qapısını Orges Şehi qoruyacaq. Müdafiədə İvan Qvozdenoviç, Marko Radas, Renato Arapi və Ademir Souza çıxış edəcək. Yarımmüdafiə xəttinin Bledi Şkembi, Gilman Lika, Nurudin Orelesi, Dorian Kerçiku, Amarildo Dimodan təşkil olunacağı gözlənilir. Baş məşqçi Mirel Yosa hücumda yalnız Pero Peyiçin xidmətindən yararlanacaq.
Qeyd edək ki, “Neftçi” ilə “Skenderbeu” arasındakı ilk oyun iyulun 17-də Bakıda keçiriləcək.
