15 iyul 2013 13:48
Xəzər Lənkəranın rəqibinin baş məşçqisi Qarabağa iki qol vurub
“Xəzər Lənkəran”ın Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi olan İsrailin “Maccabi” (Hayfa) klubunun baş məşqçisi Arik Benado azərbaycanlı futbolsevərlərə yaxşı tanışdı. Azerisport.az xəbər verir ki, o, 14 il öncə İntertoto Kubokunda “Qarabağ”a iki qol vurub.
Belə ki, 1999/2000 mövsümündə keçirilən həmin oyunlar zamanı Ağdam klubu məhz Hayfa “Maccabi”si ilə üz-üzə gəlmişdi ki, komandamız səfərdə bu rəqibini 2:1 hesabıyla məğlub etmişdi. O dövrdə bu komandada futbolçu kimi çıxış edən Benado yeganə qolun müəllifi olmuşdu. Bakıda “Qarabağ”ın 0:1 hesabıyla məğlub olduğu görüşdə də yeganə qola məhz Arik imza atmışdı. Amma bu, onun komandasının mübarizəni dayandırmasına mane ola bilməmişdi və Azərbaycan təmsilçisi növbəti mərhələyə yüksəlmişdi.
Ümid edək ki, Benado bu dəfə də baş məşqçi kimi Azərbaycan klubuna – “Xəzər Lənkəran”a qalib gələ bilməyəcək.
