16 iyul 2013 01:48
İnterin Tromse ilə ilk matçının biletləri satışa çıxarıldı
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək Norveç “Tromse"si ilə “İnter” arasındakı ilk matçın biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, artıq biletlərin qiyməti də bəllidi.
Belə ki, biletlərin qiyməti 50-150 kron (kron - Norveç milli pul vahidi) aralığında dəyişir. Bu, Azərbaycan manatı ilə 7-20 manat edir.
Oyun saatına qədər bütün biletlərin satılacağı gözlənilir. Qeyd edək ki, bu matçın baş tutacağı “Alfheim Arena” 6859 azarkeş tutumuna malikdi.
Qeyd edək ki, "Tromse" - "İnter" matçı iyulun 18-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
