15 iyul 2013 13:53
Simurqun baxışa çağırdığı Eudis kimdi? (FOTO)
“Simurq”un düşərgəsində yeni futlolçunun olması barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Zaqatala klubu braziliyalı hücumçu Eudi Silva de Souzanı baxışdan keçirir.
Qısaca olaraq Eudis adlanan futbolçunun son iş yeri İsveçrənin “Servette” klubu olub. 29 yaşlı hücumçu 2012/13 mövsümündə bu komandanın heyətində 25 oyun keçirib və 5 qol vurub. Braziliyalı 2009-cu ildən bu klubun formasını geyinir – 101 oyun, 38 qol.
Eudis karyerasına 2003-cü ildə İsveçrənin “Yverdon-Sport” klubunda başlayıb (2003-2005, 28 oyun, 5 qol). Daha sonra isə o, bu ölkənin “Lausanne-Sport” (2005-2006, 35 oyun, 16 qol), “Zürich” (2006-2008, 32 oyun, 5 qol) vvə “Young Boys” (2008-2009, 10 oyun, 1 qol) klublarında top qovub.
