16 iyul 2013 22:23
Simurq Olimpiakosa məğlub oldu (YENİLƏNİB)
Avstriyanın Tirol şəhərində yay təlim-məşq toplanışını davam etdirən “Simurq” bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun rəqibi Yunanıstanın “Olimpiakos” komandası olub.
Oyunda hesabı yunanlar açıblar. Zaqatala təmsilçisi bundan az sonra penalti qazansa da, dəyərləndirə bilməyib. Amma ikinci hissənin əvvəlində Zrnanoviç hesaba tarazlıq gətirib. Buna baxmayaraq, Yunanıstan çempionu qələbə qolunu vurmağı bacarıb. Nəticədə, "Simurq" Avstriya toplanışına da məğlubiyyətlə start verib.
Qeyd edək ki, “Simurq” Türkiyə toplanışı zamanı da üç yoxlama oyunu keçirmişdi. Georgi Çixradzenin yetirmələri həmin oyunlardan ikisində heç-heçə etmiş, birində uduzmuşdu.
Yoxlama oyunu
16 iyul
Simurq – Olimpiakos - 1:2
Qol: Diamantikos, 8 (0:1), Dilaver Zrnanoviç, 47 (1:1), Mitroqlu, 56 (1:2)
Matçın 34-cü dəqiqəsində T.Novruzov penaltidən yararlana bilməyib
