15 iyul 2013 14:05
Foqts Qarabağla Neftçinin oyunlarına baxacaq
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts hazırda Bakıdadı. Azerisport.az xəbər verir ki, ötən gün hərbçilər arasında ölkəmizdə təşkil olunmuş dünya çempionatının həlledici oyunlarını izləyən almaniyalı mütəxəssis klublarımızın avrokuboklardakı matçlarını da canlı baxmağı planlaşdırır.
Belə ki, Foqts iyulun 17-də “Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniya çempionu “Skenderbeu” ilə ev oyununu canlı izləyəcək. Səhəri gün “Qarabağ”ın Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Piast”ı ilə ilk oyununda da almanın iştirakı gözlənilir.
Bu oyunlardan sonra Foqts yenə Almaniyaya qayıdacaq. Onun klublarımızın səfər oyunlarından hansınasa gedib-getməyəcəyi bilinmir.
