15 iyul 2013 14:21
Arik Benado: Maccabinin XL səddini keçəcəyinə əminəm
İsrailin “Maccabi” (Hayfa) klubunun baş məşqçisi Arik Benado Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri oyunlar öncəsi müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- “Xəzər Lənkəran” haqda nə bilirsiz?
- “Xəzər Lənkəran” varlı klubdu. Bu, bizə məlumdu. Komandanın heyətində çoxlu legionerlər çıxış edir. Əlbəttə, ətraflı məlumat toplamamışıq. Amma futbolçularım bu komanda ilə ilk oyunun nə qədər vacib olduğunu çox yaxşı bilirlər.

- Lənkəranda nə kimi problemlərlə üzləşə bilərsiz?
- Problem istənilən halda olacaq. Ən çox da isti havaya görə. Çünki Lənkəranda həddən artıq isti olur. Buna görə hesab edirəm ki, çox şeyə elə Hayfadakı ilk oyunda aydınlıq gətirməliyik.

- Niyə hər şeyə yox?
- Hər şeyə ilk oyunda aydınlıq gətirmək çətindi. “Xəzər Lənkəran” İsrailə böyük hesabla uduzmaq üçün gəlmir. Həm də Con Toşak təcrübəli mütəxəssisdi. Onun əlində həmişə hansısa gizli kartı var.

- Evdə sizi hansı nəticə qane edəcək?
- Ancaq qələbə. Bizə artıq əsəb lazım deyil. “Maccabi” istənilən gedişata hazırdı. Amma qol buraxmadan qələbə qazanmağımız daha yaxşı olardı.
- “Xəzər Lənkəran”ın büdcəsini bilirsiz?
- Düzünü deyim ki, bu haqda düşünməmişəm. Bilirəm ki, bu komandanın yaxşı stadionu var. Yaxşı oyunçulara, güclü baş məşqçiyə malikdilər. Çox möhkəm kollektivdi. Amma “Maccabi”nin bu səddi keçəcəyinə əminəm.