15 iyul 2013 14:54
“Polyaklar Bakıya səfərdən bu qədər qorxurlarsa, onda validenylərini də gətirsinlər”
“Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri olan Polşanın “Piast” klubunun Bakıya gəlməkdən çəkinmələrinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Düzünü deyim ki, onların bu barədə açıqlamalarını çox təəccüblə qarşıladım. İndiyə qədər heç bir rəqibimiz belə fikirlər səsləndirməmişdi. Onların bu cür qorxmasının heç bir əsası yoxdu. Amma əgər bu dərəcədə qorxurlarsa, onda qoy valideynləri ilə gəlsinlər. Bu gün Bakı öz inkişafına görə Avropanın əksər şəhərlərini qabaqlayır. Əminəm ki, onlar özləri də bura gələndən sonra bunu anlayacaqlar. Güman ki, rəhbərlik səviyyəsində söhbətimiz zamanı onlara bu açıqlamalarını xatırladacağam”.