15 iyul 2013 15:12

Bakıdakı DÇ-nin bağlanış mərasimi keçirildi (FOTOLAR)

İyulun 15-də Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kubokunun təntənəli bağlanış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən mərasimdə əvvəlcə birinci Dünya Futbol Kubokunu idarə edən hakimlərə xatirə medalları təqdim olunub.
 
Sonra hərbçilər arasında birinci Dünya Futbol Kubokunun təşkilat komitəsinin sədri, Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev qalib komanda olan İraq idmançılarına yarışın keçici kubokunu verib.
 
Mərasimdə çıxış edən Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboum çempionata göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
 
Hamad Kalkaba Malboum deyib ki, Bakıda hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışı yüksək səviyyədə təşkil olunub və uğurla başa çatıb: “Bunu yarışların gedişi də göstərdi. Azərbaycan tərəfi hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışının təşkili ilə bağlı böyük hazırlıq işləri görmüşdü. Turnirdə layiqli komanda qalib oldu”.
 
Azərbaycan xalqına da təşəkkürünü bildirən Hamad Kalkaba Malboum növbəti kubok yarışına ev sahibliyi edəcək ölkənin adının yaxın aylarda bəlli olacağını qeyd edib.
 
Yarışın təşkilat komitəsinin sədri, Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev çıxış edərək bunları deyib: “İdman tarixində ilk dəfə keçirilən Hərbçilər arasında futbol üzrə dünya kuboku yarışları başa çatdı. Bu münasibətlə Beynəlxalq Hərbi İdman Şurasının Bakıda səfərdə olan nümayəndələrini, kubok yarışlarının təşkilatçılarını, hakimləri, futbolçuları, komandaları və onların texniki heyətlərini, oyunları izləyən bütün tamaşaçıları ürəkdən təbrik edirəm. Məmnunluq hissilə qeyd edirəm ki, beynəlxalq idman yarışlarının keçirilməsində böyük təşkilatçılıq təcrübəsi olan Azərbaycan, futbol üzrə dünya kubokuna da yüksək səviyyədə ev sahibliyi etdi.  Əminəm ki, əvvəllər olduğu kimi, bu dəfə də Beynəlxalq Hərbi İdman Şurası kubok yarışlarının hazırlıq dövründə və gedişində Azərbaycanda qazanılan təcrübədən gələcək fəaliyyətində istifadə edəcək. Mən həmişə olduğu kimi, bu kubok yarışlarının da uğurla keçirilməsinə, bütövlükdə Azərbaycanın ordu idmanına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Silahlı Qüvvələrimizin şəxsi heyəti, yarışın Təşkilat Komitəsi adından və şəxsən öz adımdan minnətdarlığımı bildirirəm. Eyni zamanda ilk dünya futbol kuboku yarışlarının keçirilməsi üçün Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini seçdiyinə görə, Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyinə təşəkkür edirəm. Yarışların uğurla keçirilməsində köməyini əsirgəməyən Gənclər və İdman nazirliyinin, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Kubok yarışlarında qızıl, gümüş və bürünc medallar qazanmış komandaları xüsusilə təbrik edirəm. Digər komandalara da gələcək turnirlərdə qələbələr arzulayıram. Kubok uğrunda yarışlarda ən əhəmiyyətli məsələ qalib gəlmək olsa da, turnirdə iştirak etmək, dünya hərbçiləri arasında yeni dostluq münasibətləri yaratmaq da vacib məsələdir. Biz də buna nail olduq. Mən bu münasibətlə bütün komandaları bir daha ürəkdən alqışlayıram. Kubokun Təşkilat Komitəsinin sədri kimi oyunların gedişində yüksək ədalət və prinsipiallıq nümayiş etdirən hakimləri yarışın uğurla başa çatması münasibətilə təbrik edir və onlara təşəkkürümü bildirirəm. İşğalçı Ermənistanla müharibə şəraitində olan Azərbaycanın ordu idmançıları bu yarışlarda yüksək nailiyyət əldə etməklə, Silahlı Qüvvələrimizin şəxsi heyətinin mənəvi-psixoloji durumunun və qələbə ruhunun yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdilər. Mən Azərbaycan Respublikasının Müdafiə naziri və Kubokun Təşkilat Komitəsinin sədri olaraq, yüksək vətənpərvərlik nümunəsi göstərdiklərinə görə onlara öz minnətdarlığımı bildirir və təşəkkür elan edirəm. Siz bu günlər ərzində Azərbaycan xalqının adət-ənənələri, qonaqpərvərliyi, Vətənimizin qədim tarixi abidələri, görməli yerləri və son illərdə əldə etdiyi uğurlarla tanış oldunuz. İnanıram ki, gözəl Bakı şəhərindən xoş xatirələrlə ayrılacaq və paytaxtımız ilə görüşməyi bir daha arzulayacaqsınız. Biz sizi qəbul etməyə həmişə hazırıq. Sizin hamınıza «yaxşı yol», - deyir, hər birinizə gələcək yarışlarda və həyat fəaliyyətinizdə yeni qələbələr arzulayıram. Bununla da Hərbçilərin futbol üzrə birinci dünya kuboku yarışlarını bağlı elan edirəm”!
 
Sonra Beynəlxalq Hərbi İdman Şurasının bayrağı endirilərək şuranın prezidenti Hamad Kalkaba Malbouma təqdim olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.