15 iyul 2013 15:24
Sumqayıtdan növbəti transfer (FOTO)
“Sumqayıt” daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi "Bakı"nın gənc futbolçusu Nurlan Novruzovu heyətinə qatıb.
Novruzov karyerasını növbəti bir il ərzində məhz "Sumqayıt"da davam etdirəcək. Nurlan bu komandada 1 illik icarə əsasında oynayacaq.
