15 iyul 2013 15:30

Xəzər Lənkəran Hayfaya problemsiz çatdı, ilk məşqə çıxdı (FOTOREPORTAJ)

“Xəzər Lənkəran” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda iştirak etmək üçün İsrailə yollanıb. Azerisport.az xəbər verir ki, ötən axşam Bakı vaxtı ilə saat 19:15 də Bakı-Təl-Əviv aviareysi ilə İsrailə yollanan “Xəzər Lənkəran” 3 saat 10 dəqiqəlik rahat uçuşdan sonra İsrailin “Ben Qurion” hava limanına enib.
 
Burada komandamız maraqlı mənzərənin şahidi olub. Belə ki, iki il bundan öncə baş verənlərdən fərqli olaraq, Azərbaycan təmsilçisi çox gözəl qarşılanıb.
 
Hava limanında “Xəzər Lənkəran”ın heyətinin pasport buraxılış məntəqəsindən rahat keçməsi üçün ayrıca 4 məntəqə ayrılıb. Komandamız daha sonra ev sahibi komanda tərəfindən ayrılmış avtobusla polis muşaiyəti ilə məskunlaşacağı otelə - “Dan Panorama Hayfa”ya yollanıb.
 
Bu gün isə səhər saatlarında “Xəzər Lənkəran” Hayfada “Maccabi” (Hayfa) klubunun aşağı yaş qruplarının” Kezef” adlanan bazasında ilk məşqinə çıxıb. Saat yarım davam edən məşqdə futbolçular taktiki çalışmaları yerinə yetiriblər.Hazırda düşərgədə zədəli futbolçu yoxdu və komanda tam heyətlə hazırlığını davam etdirir.
 
Sabah isə “Xəzər Lənkəran” səhər və axşam olmaqla iki məşqə çıxacaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.