15 iyul 2013 15:45
Sumqayıt Gürcüstanda təlim-məşq toplanışına start verdi
"Sumqayıt" Topaz Premyer Liqasının 2013/2014 mövsümü üçün hazırlıq mərhələsinin ikinci mərhələsinə başlayıb. Azerisport.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində yerləşən "Arqo" otelində məskunlaşan komanda hazırlığını davam etdirir.
Aqil Məmmədovun yetirmələri səhər məşqində daha çox fiziki hazırlıq üzərində çalışıb. Artıq Pərdis Fərcad-Azad da komanda ilə birlikdə hazırlaşır. Zədəli olan adıçəkilən futbolçu hələki fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, Hərbçilər arasında 1-ci Dünya Futbol Kubokunda iştirak edən Anar Nəzirov və Nurlan Növruzov komandaya sabah qoşulacaqlar.
