15 iyul 2013 16:33
“Neftçi ilə səfərdə heç-heçə bizim üçün çox yaxşı nəticə olacaq”
Albaniyanın “Skenderbeu” klubunun qapıçısı Orgis Şehi Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində bunları söyləyib:
“Çempionlar Liqasındakı hər bir oyun çətindi. Rəqibimiz son illərdə çox güclü inkişaf edib. Amma bu, o demək deyil ki, biz məğlubiyyətlə barışmalıyıq. Bizim də öz hədəflərimiz var. Öz oyunumuzu sərgiləyəcəyik. Səfərdə heç-heçə etsək, bu, bizim üçün çox yaxşı nəticə olacaq”.