15 iyul 2013 16:49
AFFA C kateqoriyalı məşqçi kursu təşkil edəcək
2013-cü il avqustun 13-dən 23-dək Bakı şəhərində AFFA tərəfindən C kateqoriyalı məşqçi kursu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Tərcümeyi-hal
Kursda iştirak üçün ödənişin məbləği 500 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər. Sənədləri qaydasında olan hər bir namizəd məşqçi kursunun başlanmasına bir neçə gün qalmış AFFA-ya dəvət olunacaq və təlimatçılar tərəfindən görüş keçiriləcək. Namizədlərə kursda iştirak edib-etməyəcəyi barədə məlumat veriləcək.
