15 iyul 2013 16:55
Georgi Nikolov: İstərdim ki, klublarımız UEFA-ya həmişə belə problemlər yaşatsınlar
“İnter”in prezidenti Georgi Nikolovun azerisport.az saytına müsahibəsi
- Norveç “Tromse”si ilə oyunlardan nə gözləyirsiz?
- Bu, xaraktercə çox güclü komandadı. Əgər səhv etmirəmsə, onlar son beş ildə avrokuboklarda mütəmadi çıxış edirlər. Amma canavardan qorxan meşəyə girməz. Mənə elə gəlir ki, bizim bərpa olmaq, bu komanda ilə oyunlara yaxşı hazırlaşmaq üçün kifayət qədər zamanımız var. Şansları bərabər qiymətləndirirəm. “Tromse” “Barcelona” deyil. Bu komandanı keçə bilərik.

- İlk oyunun UEFA tərəfindən dəyişdirilib səfərə salınması sizin ürəyinizcə oldu?
- Bu, bizim üçün çox yaxşı variant oldu. İstərdim ki, Azərbaycan klubları həmişə təsnifat mərhələlərini birgə adlasın ki, UEFA təqvimin təşkilində belə problemlərlə üzləşsin (gülür).

- Finlandiyanın “Mariehamn” klubunun Brüs Abdulayı cəzalandırmaq üçün UEFA-ya şikayət etməsi sizi narahat etmir?
- Mən həmin epizodun təkrarına bir neçə dəfə baxmışam. Əlbəttə, hakimlikdə peşəkar deyiləm. Amma orda qayda pozuntusu olmadığını deyə bilərəm. Ola bilər ki, Abdulay sərt oynayıb. Lakin hər şey qaydalar çərçivəsində edilib.

- Yeni gələn futbolçuların çıxışından razısız?
- “Mariehamn”la oyunlar göstərdi ki, onların komandaya uyğunlaşma prosesi hələ davam edir. Bəzi oyunçular var ki, hələ komandanın ümumi oyun konsepsiyasını tam dərk edə bilməyib. Ümid edirəm ki, onların təcrübəsi “İnter”ə daha tez uyğunlaşmalarına kömək edəcək.
- “İnter”in “Mariehamn”ı keçə bilməməsi sensasiya kimi dəyərləndirilə bilərdi?
- Əlbəttə. Biz sadəcə etməli olduğumuz işi həyata keçirdik. Bu üzdən də Finlandiya klubu üzərindəki qələbəni şişirtməyə ehtiyac yoxdu. Sadəcə, qarşıya baxmaq lazımdı.

- “İnter”in qarşısına hansı vəzifə qoyulub?
- Adətən biz qarşımıza böyük hədəflər qoyanda ona nail ola bilmirik. Ona görə də bu mövsüm addım-addım irəliləməyi qərara almışıq. Avroliqada daha bir mərhələ keçmək istəyirik. Ondan sonra hansı komanda ilə düşəcəyimizə baxacağıq. Avroliqada nə qədər çox duruş gətirə bilsək, bir o qədər yaxşı olacaq.

- Yeni transferlər olacaq?
- Bu məsələni məşqçilər korpusu həll edirlər. Amma mənə elə gəlir ki, hücum xəttini gücləndirmək lazımdı. Çox qol vəziyyəti yaratsaq da, onları reallaşdıra bilmirik. Yaxşı ki, gənc futbolçularımız da yetişməkdədi. Ramil Mansurov, Abdulla Abatsiyev, İlqar Ələkbərov özlərini yaxşı tərəfdən göstərirlər.