15 iyul 2013 17:13
Millimiz dünya çempionatında 3 mükafat qazandı
Xəbər verdiyimiz kimi, Bakıda hərbçilər arasında dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, yarışın final oyunundan sonra təşkilatçılar ən yaxşıların adlarını elan edib.
5 fərdi mükafatdan üçü Azərbaycanın payına düşüb. Belə ki, yığmamız komanda şəkilində feyr-pley mükafatına layiq görülüb. Futbolçular üçün nəzərdə tutulan analoji mükafat Nodar Məmmədova verilib. Ən yaxşı qapıçı Aqil Məmmədov olub. Digər iki mükafat isə İraq və Oman yığmalarının üzvlərinə verilib.
Feyr-pley mükafatı (komanda) – Azərbaycan millisi
Feyr-play mükafatı (futbolçu) – Nodar Məmmədov (Azərbaycan)
Ən çox qol vuran oyunçu – Hammadi Al-Daeeaa (İraq)
Ən yaxşı oyunçu – Abdulaziz Al Murtazi (Oman)
Ən yaxşı qapıçı – Aqil Məmmədov (Azərbaycan)
Qeyd edək ki, turnirin qalibi adını İraq yığması qazanıb. Oman ikinci, Kot`D-İvaur üçüncü, millimiz dördüncü olub.
