15 iyul 2013 17:35
“Əminəm ki, onların dəstəyi sayəsində Qarabağ səddini keçəcəyik”
“Qarabağ”ın Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “Piast”ın baş məşqçisi Marçin Broş növbəti açıqlama ilə diqqət çəkib. Azerisport.az xəbər verir ki, Polşa klubunun çalışdırıcısı Ağdam təmsilçisi ilə oyunda fanatlara güvəndiyini dilə gətirib:
“Biz olduqca nikbinik. Hər zaman azarkeşlərimizə güvənmişik. İstər ölkə çempionatında, istərsə də kubok oyunlarında onların bizə çox yardımı olub. İyulun 25-də “Qarabağ”la keçiriləcək oyunda da azarkeşlərə ehtiyacımız olacaq. Əminəm ki, onların dəstəyi sayəsində “Qarabağ” səddini keçərək yolumuza davam edəcəyik”.