15 iyul 2013 17:46
Bucaspor Ramal Hüseynov ilə bağlı qərar verdi
Bir neçə gündü Türkiyənin “Bucaspor” klubunda baxışda olan Ramal Hüseynovla bağlı ilkin qərar verilib. Azerisport.az xəbər verir ki, futbolçumuz PTT Birinci Liqa təmsilçisinin təlim-məşq toplanışının ikinci mərhələsinə də qatılacaq.
Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Xəbərdə bildirilir ki, məşqçilər korpusunun Ramalla bağlı ilkin rəyi müsbətdi və futbolçu hazırlığın ikinci mərhələsinə də qatılacaq.
