15 iyul 2013 17:51
Millimizin üzvü yeni mövsümə hazırlaşır (FOTO)
Türkiyənin “Eskişehirspor” klubu növbəti mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışında Azərbaycan millisinin müdafiəçisi Ufuk Budaq da yaxından iştirak edir.
Əskişəhər klubu ötən gün istirahət etmişdi. Bu gün isə komanda baş məşqçi Ertoğrul Sağlamın rəhbərliyi altında növbəti məşqinə çıxıb. Bir saata yaxın davam hazırlıq prosesi qaçış və digər topsuz çalışmalara həsr olunub.
