15 iyul 2013 18:17
Sumqayıt Gürcüstanda iki rəqib tapdı, daha birini axtarır
Hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, artıq baş tutacaq 2 oyundakı rəqiblərin kimliyinə aydınlıq gəlib.
Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 17-də Gürcüstan 1-ci liqa təmsilçisi "Mertsxali" ilə qüvvəsini sınayacaq. "Sumqayıt" iyulun 20-də isə Premyer Liqa təmsilçisi "Merani Martvili" ilə üz-üzə gələcək.
Qeyd edək ki, üçüncü yoxlama oyunundakı rəqib və tarix hələlik müəyyənləşməyib.
