16 iyul 2013 18:12
Slavço Georgiyevski: İnter Tromsedə uğurlu nəticə qazana bilər
“İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevski Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Norveç “Tromse”sinə qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Biz hələ bu rəqiblə tanış olmamışıq. Bu gün bizə “Tromse”nin oyunlarının videolarını göstərəcəklər. Baş məşqçi bu komandaya qarşı necə oynayacağımızı izah edəcək. Baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirə bilsək, uğurlu nəticə qazana bilərik. İlk oyunlar həmişə çətin olur. “Tromse” ilə görüş isə daha da çətin olacaq. Amma fikrimcə, onlara da asan olmayacaq. Çünki “İnter” onlar üçün sirli qutudu”.