16 iyul 2013 18:21
Peyiç: Neftçinin müdafiə xəttində problemlər var
Albaniyanın “Skenderbeu” klubunun xorvatiyalı hücumçusu Pero Peyiç Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” ilə oyunları öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində bunları söyləyib:
“Emosiyalarımızı gizlətmək bizə çox çətindi. Amma sakit olmağa çalışmalıyıq. Düzünü deyim ki, mən həyacanla yanşı həm də böyük bir məsuliyyət, motivasiya hiss edirəm. Biz həmişə özümüzdən asılı olanı etməyə hazırıq ki, “Neftçi”ni keçək. Bakıdakı oyunda 120 faiz gücümüzü qoymalıyıq ki, yaxşı nəticə qazanacaq. Baxmayaraq ki, hər şeyə məhz Albaniyada aydınlıq gələcəyini düşünürəm. “Neftçi” güclü komandadı. Yaxşı hücum oyunçuları var. Amma mənə elə gəlir ki, onların müdafiədə problemləri var”.