16 iyul 2013 18:22
Xəzər Lənkəran Raulu transfer edir?
Rumıniyanın “Vaslui” klubunun futbolçusu Raul Kostin Azərbaycandan təklif alıb. Azerisport.az xəbər verir ki, mərkəz yarımmüdafiəçisi “Xəzər Lənkəran”ın maraq dairəsinə düşüb.
Bu barədə “Vaslui” klubunun baş məşqçisi İlie Stan açıqlama verib: “Raul artıq “Vaslui”un futbolçusu deyil. Yarımmüdafiəçimiz klubumuzla müqavilə bağlasa da, onun uzadılması ilə bağlı rəhbərliklə razılığa gəlmədi. Böyük ehtimalla o, gələn mövsümdə Azərbaycanda çıxış edəcək. Raul “Xəzər Lənkəran”dan konkret təklif alıb. Yaxın günlərdə onun gələcək taleyinə aydınlıq gəlməlidi”.
Qeyd edək ki, 2009-cu ildən “Vaslui”da çıxış edən Raul 101 oyunda 5 qol vurub. 28 yaşlı rumın futbolçu əvvəllər vətənində “National” (2004-2008, 24 oyun), “Sibiu” (2005-2006, 16 oyun, 2 qol) və “Daçiya Mioveni” (2008-2009, 32 oyun, 12 qol) klublarının formasını geyinib.
