16 iyul 2013 18:43

Slavço Georgiyevski: Qoy Tromse Bakıdakı istidən narahat olsun

“İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevskinin azerisport.az saytına müsahibəsi

- Norveç “Tromse”sini nə dərəcədə yaxşı tanıyırsız?
- Biz hələ rəqib komanda ilə tanış olmamışıq. Bu gün bizə “Tromse”nin oyunlarının videoyazısını göstərəcəklər. Baş məşqçimiz onlara qarşı necə oynamalı olduğumuzu bizə başa salacaq. Baş məşqçi bu komandaya qarşı necə oynayacağımızı izah edəcək. Baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirə bilsək, uğurlu nəticə qazana bilərik. İlk oyunlar həmişə çətin olur. “Tromse” ilə görüş isə daha da çətin olacaq. Amma fikrimcə, onlara da asan olmayacaq. Çünki “İnter” onlar üçün sirli qutudu.
 
- “İnter”lə “Tromse”ni müqayisə etmək olar?
- Norveç futbolu çox sürətlə inkişaf edir. Onların futbolu ingilislərin oyun üslubuna bənzərdi. Yəqin ki, bizi ikinci mərtəbədə uzun ötürmələr gözləyir. Mənə elə gəlir ki, “İnter”lə “Tromse” təxminən eyni səviyyədə olan komandadı. Bu üzdən də cütün qalibini müəyyənləşdirmək çətin olacaq. Amma “Tromse”ni keçməyimiz realdı. Bunun üçün sadəcə, öz futbolumuzu oynamalıyıq.

- Əgər sirr deyilsə, ilk oyunda sizin üçün hansı nəticə daha ideal olardı?
- Əsas qələbə qazanmaqdı. Amma heç-heçə də pis olmazdı. Qələbə qazanmağımız isə ümumiyyətlə super olar. “Mariehamn” üzərindəki qələbədən sonra komandamızda atmosfer çox yaxşıdı. İndi bu uğurlu seriyanı davam etdirmək istəyirik. Səfərdə qol vurmaq çox vacibdi.
 
- Çoxları “İnter”i səfər komandası hesab edir?
- Bizim səfər oyunlarımız evdəkindən daha yaxşı alınır. Məsələn, burda qələbə qazansaq, Bakıda heç-heçə də edə bilərik. Amma etiraf etmək lazımdı ki, hərdən oyun alınmır. İstənilən halda “Tromse”ni keçmək lazımdı.
 
- Bakıda bu gün 42 dərəcə isti var, Tromsedə 10. Temperatur fərqi oyununuza təsir göstərməyəcək?
- Fikrimcə, hava şəraiti komandamızın oyununa heç bir təsir göstərməyəcək. Bir neçə gün öncə Finlandiyada da olmuşuq, orda da oxşar hava şəraiti hökm sürürdü. 10 dərəcə isti əla havadı. Bu, bizi narahat etmir. Qoy “Tromse” Bakıdakı istidən narahat olsun.
 
- “Tromse” “Mariehamn” deyil və aydın məsələdi ki, “İnter”i daha çətin oyun gözləyir...
- Biz norveçlilərin Finlandiya klubu ilə müqayisədə daha güclü olduğunu gözəl başa düşürük. “Tromse” həm də təcrübəli komandadı. Amma biz istənilən halda uğurlu sonluğa inanırıq.
 
- “İnter”in qarşısına hansı hədəf qoyulub?
- Mümkün qədər irəli getmək! Komandada yeni futbolçular var. Onlara vaxt lazımdı ki, komandaya daha yaxşı uyğunlaşa bilsinlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.