16 iyul 2013 18:54
Böyükağa Hacıyev: Məni ən çox Neftçidəki rəqabət sevindirir
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Skenderbeu” klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis bu gün oyun öncəsi keçirilən mətbuat konfransında bunları söyləyib:
“Rəqibi yaxşı analiz etmişik. Onların iştirakı ilə bir neçə oyuna baxmışıq. Rəqibə hörmətlə yanaşırıq. Amma eyni zamanda ilk oyunda onları məğlub etmək istəyirik. “Skenderbeu” müdafiə olunmağı bacaran komandadı. Buna görə də bizə çətin olacaq. Amma Avstriya toplanışı zamanı yaxşı hazırlıq keçmişik. Məni ən çox komandadakı rəqabət sevindirir”.