16 iyul 2013 19:01
Rəşad Sadiqov: İndi də növbə Neftçinindi
Azərbaycan çempionu “Neftçi”nin kapitanı Rəşad Sadiqov Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Skenderbeu” klubuna qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu gün oyun öncəsi keçirilən mətbuat konfransında bunları söyləyib:
“Oyuna ciddi hazırlaşmışıq. Rəqibimiz üç ildi Albaniya çempionu olur. Buna görə də onlara hörmətlə yanaşmaq lazımdı. Amma bizi də yalnız qələbə qane edir. Ötən həftə avrokuboklardakı üç klubumuz mərhələ keçdi. İndi növbə “Neftçi”nindi. Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik”.