16 iyul 2013 19:16
Rəvan Mariborda ilk məşqinə çıxdı
"Rəvan” 2013/14 mövsümünə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gün səhər saatlarında Sloveniyada ilk məşqinə çıxıb.
Maribordakı ilk məşq daha çox fiziki hazırlığın yüksəldilməsinə hesanlanıb. Futbolçular baş məşqçi Ramil Əliyevdən təlimatlar aldıqdan sonra fiziki hazırlıq üzrə çalışdırıcı Rastislav Svitskinin ixtiyarına verilib.
Oyunçular komandanın məşkunlaşdığı "Draş Center Hotel”in yaxınlığındakı futbol meydançasında və onun ətrafında hazırlıq keçiblər. Ətrafın tamamilə yaşıl rəngə bürünməsi, dağlar və şəhərin ümumi panoraması əla vəhdət yaradırdı. Futbolçular da belə mühitdə məşq etməkdən tam razı görünüblər. Elə ona görə də meşənin içi ilə 5 dövrəlik qaçış bir göz qırpımında yekunlaşıb. Ardından meydançanın içərisində hazırlıq davam edib.
