16 iyul 2013 19:25

Böyükağa Hacıyev: Mənə albanları təəccübləndirmək lazımdı

Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Skenderbeu” klubuna qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis bu gün oyun öncəsi keçirilən mətbuat konfransında öncə bunları söyləyib:
 
“Rəqibi yaxşı analiz etmişik. Onların iştirakı ilə bir neçə oyuna baxmışıq. Rəqibə hörmətlə yanaşırıq. Amma eyni zamanda ilk oyunda onları məğlub etmək istəyirik. “Skenderbeu” müdafiə olunmağı bacaran komandadı. Buna görə də bizə çətin olacaq. Amma Avstriya toplanışı zamanı yaxşı hazırlıq keçmişik. Məni ən çox komandadakı rəqabət sevindirir”.
 
Paytaxt klubunun çalışdırıcısı yeni gələn futbolçulardan da danışıb: “Biz futbolçu alarkən daha çox bir neçə mövqedə oynamağı bacaran oyunçulara üstünlük veririk. Məsələn, Karlos Kardoso istənilən mövqedə çıxış edə bilir. Hollandiyalı hücumçu Melvin Platyeyə uyğunlaşmaq üçün vaxt lazımdı. Ümid edirəm ki, sabah o, bizi sevindirəcək”.
 
Hacıyev “Neftçi”nin üstünlüklərinin də olduğunu dilə gətirib: “Biz demək olar ki, ötənilki heyəti qoruya bilmişik. Bu, çox önəmli üstünlükdü. Kanalesdən başqa bütün oyunçular komandada qaldı. Məsələn, indi Rəşad Sadiqov Flavinyo ilə Araz Abdullayevin nə istədiyini daha yaxşı bilir. İlk oyuna hansı heyəti çıxaracağımızı deməyəcəm. Meydana çıxacaq 11 futbolçunun adını sabah səhər müəyyənləşdirəcəm. “Qarabağ”da çıxış edən Admir Teli ilə Ansi Aqolli ötən gecə “Skenderbeu”nun düşərgəsində olub. Yəqin ki, onlar rəqib komandanın məşqçiləri, futbolçuları ilə danışıblar, bizim haqda onlara hər şeyi söyləyiblər. Buna görə mənə albanları təəccübləndirmək lazımdı”.
 
“Neftçi”nin çalışdırıcısı qeyd edib ki, ötən ilki uğurdan sonra komanda üzərində heç bir təzyiq yoxdu: “Biz təsadüfi uğur qazanmamışıq. Ona görə bu il yenə uğur qazana bilərik. Mən qorxmuram. Bilirəm ki, uşaqlar da qorxmurlar. Təcrübəli futbolçularımız var. Onlar hər bir çətinliyin öhdəsindən gələcək gücdədilər”.

Hacıyev gələn həftə keçiriləcək cavab matçına da toxunub: “Bakıda qol buraxmamağımız vacibdi. Ona görə hücum etməliyik. Albaniyada işimiz asan olacaq. Çünki “Skenderbeu” hücum etməyə çalışacaq. Belə oyun bizə sərf edir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.