16 iyul 2013 19:45
Mirel Yosa: Neftçi sabah tam fərqli futbol nümayiş etdirəcək
Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi Mirel Yosa Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Bu, həm bizim, həm də Albaniya futbolu üçün çox vacib oyundu. Son üç ildə ölkə çempionu oluruq. Bu mövsüm avrokuboklarda da uğur qazanmaq, mərhələ keçmək istəyirik. Başa düşürük ki, asan olmayacaq. Amma biz “Neftçi”dən də güclü komandalara qarşı oynamışıq. Avstriya toplanışı zamanı komandanızın oyunlarını görmüşük. Amma mənə elə gəlir ki, sabah “Neftçi” tamamilə fərqli futbol nümayiş etdirəcək”.