16 iyul 2013 19:57
Skenderbeunun kapitanı: Bakıya nəticə qazanmaq üçün gəlmişik
Albaniyanın “Skenderbeu” klubunun kapitanı Bledi Şkembi Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Neftçi”nin futbolçularını yaxşı tanıyırıq. Xüsusilə Rəşad Sadiqovla Araz Abdullayevin oyununu qeyd etmək istərdim. Çox çətin oyun olacaq. “Neftçi” daha çox müdafiədə güclüdü. Biz bura nəticə qazanmaq üçün gəlmişik. Ona görə də hücum etməyə çalışacağıq”.