16 iyul 2013 20:34

“Neftçinin uğuru ötən ildə qalıb”

Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi Mirel Yosa Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
 
 “Bu, həm bizim, həm də Albaniya futbolu üçün çox vacib oyundu. Son üç ildə ölkə çempionu oluruq. Bu mövsüm avrokuboklarda da uğur qazanmaq, mərhələ keçmək istəyirik. Başa düşürük ki, asan olmayacaq. Amma biz “Neftçi”dən də güclü komandalara qarşı oynamışıq. Avstriya toplanışı zamanı komandanızın oyunlarını görmüşük. Amma mənə elə gəlir ki, sabah “Neftçi” tamamilə fərqli futbol nümayiş etdirəcək”.
 
Yosa komandamızın heyətində bir neçə futbolçunu fərqləndirib: “Rəşad Sadiqov güclü futbolçudu. Belə oyunçulardan çəkinmək lazımdı. Araz Abdullayev, Julius Vobay, Bahodir Nasimov da az təhlükəli deyil. Klubunuzun öz oyun üslubu var. Amma mən öz futbolçularıma güvənirəm”.
 
Lakin “Skenderbeu”nun çalışdırıcısı “Neftçi”dən çəkinmədiklərini iddia edib: “Biz Azərbaycan çempionundan qorxmuruq. Ona görə də sabahkı oyunda qorxaq futbol sərgiləyəcəyimizi gözləməyin. Başa düşürük ki, tribunalar da bizə qarşı olacaq. Amma biz öz futbolumuzu sərgiləməyə və Albaniyaya yaxşı nəticə ilə qayıtmağa çalışacağıq. Düzdü, hər iki oyun çətin olacaq. Hələlik isə bütün diqqətimiz ilk oyuna yönəlib. Baxaq, görək Bakıda necə alınacaq. Sonra evdə necə oynamaq barədə düşünərik. Əgər burda uğur qazana bilsək, evdə daha çətin olacaq. Çünki “Neftçi”nin səfərdə necə oynadığını bilirik. Milanda “İnter”lə he-heçəni yaxşı xatırlayıram”.
 
Albaniyalı mütəxəssisin sözlərinə görə, belə oyunlarda təcrübə çox vacibdi: “Neftçi”nin bizi təzyiq altında saxlayacağına şübhə etmirəm. Amma müdafiədə oturmaq fikrimiz yoxdu. Hücum edəcəyik. Çünki müdafiədə otursaq, işimiz daha çətin olacaq. Belə oyunlarda təcrübə çox vacibdi. Komandanız bu baxımdan bizdən daha təcrübəlidi. Son avrokuboklar mövsümündə böyük uğur qazanıblar. Amma onların bu uğuru ötən mövsümdə qalıb”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.