16 iyul 2013 11:07

Miro Varvodiç: Piast Bakıda müdafiə olunmayacaq

“Qarabağ”ın qapıçısı Miro Varvodiç Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri olan Polşa “Piast”ı barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:

“Polşa klubu ilk mərhələdə qarşılaşdığımız Makedoniya “Metallurg”undan daha güclüdü. Fikrimcə, bizi çox çətin iki oyun gözləyir. Bu üzdən bir çox suallara məhz Bakıdakı oyunda aydınlıq gətirməyə borcluyuq”.
 
Varvodiçin sözlərinə görə, komandamız rəqib haqda kifayət qədər məlumat toplaya bilib: “İndi elə etməliyik ki, bu məlumatlar bizə fayda gətirsin. Əminəm ki, polşalılar müdafiədə oturmağa hazırlaşmırlar. Onlar adətən əks-hücumlarda çox təhlükəli olurlar. Ona görə də hər şeyə hazır olmalıyıq”.

Serbiyalı qolkiper “Metallurg”la oyunlarda “Qarabağ”ın əsas çərçivə qoruyucusu idi. O, həmin görüşlərdən də danışıb: “Ən önəmlisi o oldu ki, biz növbəti mərhələyə vəsiqə qazandıq. Düzdü, bu oyunlarda müəyyən çətinliklərimiz oldu. Amma mənə elə gəlir ki, biz rəqibdən daha yaxşı oynadıq. Hər iki oyunda qalib gəlməyimiz də bunu sübut etdi”.

“Qarabağ”ın üç il öncə darmadağınla məğlub etdiyi komandaya bu dəfə minimal hesablı qalib gəlməsinə də toxunan Miro bunları söylədi: “Bir şeyi deyə bilərəm ki, bu, futboldu. Hərdən dörd qolu heç nədən vurursan. Amma bəzən də çox gözəl oynadığın halda çətinliklə bir qol vurursan. Yaxud ümumiyyətlə buna nail ola bilmirsən”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.